Блог О пользователеarzum

Регистрация

Календарь

« Июль 2010  
Пн Вт Ср Чт Пт Сб Вс
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
1 |2 |3 |4 |5
 

Darixmisham


 

 

...Birdən bir ah çəkdim mən için-için,
Həsrətin yandırıb yaxdı içimi.
Elə darıxmışam gülüm, səninçin,
Qaranlıq zindanda yatan məhbusun
Günəş işığına özləmi kimi.

Mən susuz səhrada, sən su bir içim,
Qurumuş dodağın bir nəmi kimi.
Elə darıxmışam gülüm, səninçin,
Ölümcül xəstənin xəyalındakı
Şəfalı həkimin məlhəmi kimi.


Elə bir xatirə oldun mənimçin,
Qəlbimdə sevginin bir qəmi kimi.
Elə darıxmışam gülüm, səninçin,
Sonsuz bir dəryada, sahilə həsrət
Yelkənsiz, avarsız bir gəmi kimi.


 
Теги: sevgi|darixmisham|sher
 
 

Senin ad gunun


Bu gün ad günündür.
………………… Təbrik edirəm!
Təbrikim dəvətsiz qonağın olsun.
Özüm təbrikinə gələ bilmirəm
Qoy mənsiz həyatin çıraqban olsun.

Bəlkə də yolumu gözləyəcəksən,
Zəng vurub səsimi dinləyəcəksən.
Mən gəlsəm bəlkə də sevinəcəksən,
Gəlməsəm nə olar onu bilmirəm.

Təbriklər olacaq uzun-uzadı
Gülümsəyəcəksən kövrək, ürəksiz
Yığıb ətrafına qohumu, yadı
Bir yaş da böyüdün beləcə mənsiz.

Telefon əlimdə hey düşünürəm,
Bəlkə heç gözləmir mənim zəngimi?
Nömrəni yığmağa cürət etmirəm,
Birdən xatirələr incidər səni.

Ayrılsaq da ömrün boyansın nura
O ölən sevgimiz sınağın olsun
Bu gün ad günündür yazıram bura
Məhəbbət əbədi qonağın olsun.

 
Теги: ad gunu
 
 

AYRILIQ



  
 Sənin ad günün
Bu gün ad günündür təbrik edirəm
Təbrikim dəvətsiz qonağın olsun
Özüm təbrikinə gələ bilmirəm
Qoy mənsiz həyatin çıraqban olsun.

Bəlkə də yolumu gözləyəcəksən
Zəng vurub səsimi dinləyəcəksən
Mən gəlsəm bəlkə də sevinəcəksən
Gəlməsəm nə olar onu bilmirəm.

Təbriklər olacaq uzun uzadı
Gülümsəyəcəksən kövrək ürəksiz
Yığıb ətrafına qohumu yadı
Bir yaş da böyüdün beləcə mənsiz.

Telefon əlimdə hey düşünürəm
Bəlkə heç gözləmir mənim zəngimi
Nömrəni yığmağa cürət etmirəm
Birdən xatirələr incidər səni.

Ayrılsaq da ömrün boyansın nura
O ölən sevgimiz sınağın olsun
Bu gün ad günündür yazıram bura
Məhəbbət əbədi qonağın olsun.
 

Səni haramla sevsəm?



Səni ayaqlarımlamı sevsəm?

Hər gün məni səni görməyə aparan o ayaqlarlamı, sənə doğru yerimək istədiyimdə o məni qaçmağa məcbur edən ayaqlarımlamı.

Səni gormək həvəsi ilə məni sənə sürükləyən o ayaqlarımlamı.

İməkləyən körpənin yeriməyə can atması kimi yorğun bədəni sənə doğru sürükləyən ayaqlarımlamı???


 

Səni əllərimləmi sevsəm?

Hər sənə toxunduğunda geri çəkilmək istəməyən, səndən sonra heç bir yerə toxunmaq istəməyən əllərimləmi?

Hər əlindən tutduğumda həyəcandan əsən, hər sənə uzadılanda geri çəkilmək istəməyən əllərimləmi?


 

Səni gözlərimləmi sevsəm?

Səndən başqa heç kəsi görməyən, hər baxdığı yerdə səni görən o gözlərimləmi sevsəm?

Baxdıqca doymayan, bir körpənin şaşqınlıqla anasına baxdığı o gözlərləmi səni sevsəm?

Gözlərimi açanda baxdığım hər şeydə səni görən, yumunca gözlərimin önünə gələn o gözlərləmi sevsəm?


 


Səni qulaqlarımlamı sevsəm?

Səndən eşitdiyim hər kəliməni qulağında sırğa edən ,bütün səsləri səssiz edib də sadəcə səni eşitmək istəyən qulağımlamı sevsəm?

Artıq heç bir nfrət, iztirab, xəyanət eşitmək istəməyən,ancaq sənin adını,sənin səsini eşitmək istəyən,sevgi səslərinə açıq olan bu səsimləmi səni sevsəm?

Hər dinlədiyim romantik musiqidə səni axtaran qulaqımlamı səni sevsəm?




 

Səni dodaqlarımlamı sevsəm?

Səni bir öpməyimlə ən böyük neməti hiss edən, ən böyük şirinliyi dadan o dodaqlarımlamı sevsəm?

Sanki arı şanından təzə çıxmış təzə bal kimi şirin və təravətli olan o hissləri hiss edən dodaqımlamı sevsəm?

 


 Səni burnumlamı sevsəm?

Dünyanın bütün ətirlərini səndən alan, sənin qoxunu heç vaxt unutmayan burnumlamı sevsəm?

Istər ən çirkin yerdən,istər dünyanın bütün güllərinin olduğu yerdən keçsəm belə uzun məsafələrdən sənin ətrini hiss edən o burnumlamı sevsəm?



 

Səni urəyimləmi sevsəm?

Hər döyündüyündə sənin adını çəkən, hər döyüntüsünün mənasında sən olan urəyimləmi sevsəm?

Sevginin simvolu olan, kimsəyə yer verməyən o ürəyimləmi səni sevsəm?


 

Səni damarlarımdakı qanımlamı sevsəm?

Bütün vücudumu qidalandıran,hər yerimə enerji və qida daşıyan o qanımlamı sevsəm?

Bitməyən,tükənməyən, varlığımı yaşadan o qanımlamı sevsəm səni?


 


Səni ciyərimləmi sevsəm?


İçimə nəfəs verən, mənə həyat verən, yaşamın hər anını mənimlə paylaşan ciyərimləmi sevsəm?

Sən olmayanda nəfəs almağa çətinlik çəkdiyim, sanki boğulur kimi olduğum,amma sənin olduğun yerdə cənnət havası aldığını hiss edən ciyərimləmi sevsəm?


 




Səni beynimləmi sevsəm?

İçində sadəcə sən və sən olan,sadəcə səni düşünən…

Hər elmin,hər yeniliyin sonunda sən olduğunu anlayan

Və bütün gözəlliklərin səndə olduğunu qəbul edən beynimləmi sevsəm?




 



Səni vücudumlamı sevsəm?


İstər dərisi soyulsun, istər yandırılsın,amma yenə də sənə aid olan bu vücudumlamı sevsəm?

 

 
Səni ruhumlamı sevsəm?

Nə gözlərim,nə ayağım,nə ürəyim,nə də damarımda axan qanım olmasa da belə səni sevən o ruhumlamı sevsəm?…mən cismən ölsəm belə o səni sevsin..

 
 

Doğum tarixinə görə Sevginiz


 Doğum tarixinə görə Sevginiz

 
Aşağıdakı cədvələ diqqət edin, doğum günü tarixinə uyğun nömrənizi tapıb verilən qeydi nəzərdən keçirin



Doğum gününüz —--------------------- Nömrə
1, 10, 19, 28 —-------------------------- 1
2, 11, 20, 29 —-------------------------- 2
3, 12, 21, 30 —-------------------------- 3
4, 13, 22, 31 —-------------------------- 4
5, 14, 23 —---------------------------- 5
6, 15, 24 —---------------------------- 6
7, 16, 25 —---------------------------- 7
8, 17, 26 —---------------------------- 8
9, 18, 27 —---------------------------- 9



Nömrə: 1. Məhəbbət sizin üçün əvəzolunmaz macəradır. Yenilik axtarışında olub fantaziyanızı işə salırsınız. Sevgilinizin ehtiraslarına boyun əyirsiniz. Onu nece xoşbəxt etməyi öyrənməli və onun istəklərinə əhəmiyyət verməlisiniz…

Nömrə: 2. Bütün işlərdə planlı olmağı sevirsiniz. Elə məhəbbətdə də… Münasibətlərinizin harada, necə və nə zaman olacağını bilmək istəyindəsiniz. Çox qayğıkeş birisiniz. Məhəbbətdə təbiilik və səmimilik sizin üçün çox vacibdir. Sevgili seçərkən həssas olmasına üstünlük verirsiniz…

Nömrə: 3. Özünüzə arxayınsınız, çoxlarının arzusunda olacaq bir sevgili rolundasınız. Xasiyyətindəki səmimilik və yumor hissi istənilən kəsi yanınızda rahat hiss etməsinə imkan yaradır…

Nömrə: 4. Sevgidə mübarizə aparıb, istəyinizə çatırsınız. Qarşı tərəfi anlamağa daha çox vaxtınız gedir. Sevgilinizə inansanız, düşüncələrdən uzaqlaşıb, sevgilinizi xoşbəxt edə bilərsiniz…

Nömrə: 5. Macərapərəst, həyəcanlı bəzən də qorxaq bir xarakterə sahibsiniz. Dinamik həyat tərzinə öyrəşdiyinizdən, sakit sevgi sizə görə deyil. Eynilikdən bezirsiniz. Qarşı tərəfin də fikirlərini nəzərə alsanız, heç də pis olmaz…

Nömrə: 6. Romantika, şamlarla bəzədilmiş görüşlər daim xəyalınızdadı. Sevgilinizlə bütün ömrünüzü keçirməyə hazırsınız…

Nömrə: 7. Xəyalpərəst, yaradıcı, romantik bir sevgilisiniz. Bəzən hisslərinizin ucbatından məhəbbət macəralarınız qısamüddətli olur. Səbirsizliyiniz də münasibətlərin davamlı olmasına əngəl yaradır…

Nömrə: 8. Sevgidə intim münasibətlər sizə oyun kimi gəlir. Münasibətlərdə öz sözünüzü yeritmək istəyirsiniz. Cazibəli olduğunuz üçün bu istəyinizi cavabını almadan yerinə yetirirsiniz…

Nömrə: 9. Hisslərinizi cilovlaya bilmirsiniz. Səbr kasanız tez dolur. Bütün bu çatışmazlıqlara baxmayaraq, sevdiyiniz insanın istəklərini yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırsınız…
 

Sevgi nədir?




Sevgi nədir?
Sevgi səbirdir. Hörmətdir. Kəşfdir. Yola getmekdir. İncəlikdir. Qorumaqdır. Qayğıdır. Həqiqətdir. Sevincdir. Xoşbəxtlikdir. İstilikdir. Təzəlikdir. Şansdır. Təmizlikdir.
Sevgidə hər zaman bir öpən bir də yanağını uzadan vardır.
Arzu ediləndən çox arzu etməyi sevirik.

 «Gözəlliyin bir pul etməz bu məndəki sevgi olmazsa»

«Sevincə sadiq olaram, çünki, sevəcəm»


 «Sevgi barəsində səhv seçimdən söz etmək olmaz, onsuz seçim varsa o səhvdir»

 «Sevgi dünyanın ən şirin xoşbəxtliyi ilə ən dərin yarasından yaradılmışdır»

 «Sevgi ciddi bir agıl xəstəliyidir»


 «Sevgi qadının həyatında bütün bir romandır, kişidə isə təkcə bir hissə»

«Sevgililərinə sevgisini etiraf edən qadınlar, ən az sevən qadınlardır…»

 «Uduzan tərəf sevən olur»

 «Kişilər qadınların ilk sevgilisi, qadınlar isə kişilərin son sevgilisi olmaqlarını istərlər»

 
 

Eşqin gözü kordur


   
 
 

 
 
Qədim vaxtlarda hələ insanlar dünyaya gəlmədiyi bir vaxtda çılğınlıq, eşq, ehtiras, şəfqət tənbəllik, yalan və xəyanet oturub söhbət edirlərmiş.Birdən onlar qərara gəlirlər ki, gizlənpac oynasınlar.
Çılğınlıq saymağa başlayır — 1, 2,3,4,5…. .Sevgi buludların arxasında gizlənir, yalan istəyir ki, daşların altında gizlənsin amma birdəfəlik yerin altına keçir.Şəfqət, ehtiras vaxt tapıb gizlənirlər.Çılğınlıq saymağa davam edir, artıq bitirmək məqamında eşq gizlənə bilmədiyini görüb güllərin arasına girir.Çılğınlıq gözünü açanda tənbəlliyi arxasında gizlənmiş görür.Ehtirası dünyanın mərkəzində, şəfqəti çiyni üzərində tapır.Xəyanəti zibillikdə, yalanı yerin altında görür.Sevgini də buludların arasında tapan çılğınlıq eşqi tapa bilmir.Xəyanət onun qulağına pıçıldayır ki, eşq güllərin içindədir.Çılğınlıq əlinə bir çubuq alıb güllərin içində eşqi axtarır.Birdən bir qışqırıq eşidib əlini saxlaylr.Eşq güllərin içindən al-qan içində çıxır.Çılğınlıq onun gözünü kor etmişdi.Çılğınlıq nə edəcəyini biməyib eşqdən üzr istəyir və çox məyus olur.Eşq isə əvəzində bildirir ki, bundan sonra bütün ömrü boyu ona həmdəm olmalıyam.O gündən bəri bu günə eşqin gözü kor, çılğınlıq isə eşqin yol yoldaşıdır.
 

Bir dahidən soruşmuşlar:




HƏYAT nədir?
Dahi demiş; iki istiqamətli bir yoldur. Sən görməməzlikdən gəlsən də vardır bir yoldaş hər küncündə. Bəzən çıxarsan çətinliklə dar bir yoxuşdan, bəzən də aşarsan dərdləri.

Yaxşı, SEVGİ nədir?

Ürəyinə sığmayacaq qədər geniş, вedi-qodusunu edə bilməyəcəyin qədər təmiz, qoxusunu hiss edə bilməyəcəyin qədər uzaq, xəyal edə bilməyəcəyin qədər yaxın…

Bəs QORXU nədir?

Bir yağış damlasındakı barıt qoxusu. Ürəyi yaralı bir quşun fəryadı…

Yaxşı DOST kimdir?
Bölüşdünmü sevgini, qorxunu, ümidini və məğlubiyyətini, verdinmi dəstəyini, soruşdunmu halını, göndərdinmi ürəyini, ağladınmı onun kimi?Bu hissləri yaşamısansa demək ki, əsl dostsan.

DOSTLUĞU hiss etdinmi?

Qarşılığı olmadan verilərmi heç ürəkdəki sevgi? Dostluq dediyin; tək bir ruhun, iki ayrı bədəndə dirilməsidir…

İndi isə bu sualları mən sizə ünvanlayıram: HƏYAT nədir? SEVGİ nədir? QORXU nədir? DOST kimdir? Hiss etdinmi DOSTLUĞU?

Sizin cavablarınız suallarda öz fikrini əsk etdirmiş dahinin cavabları ilə nə dərəcə uyğun gəldi?

 

Bürclər


Qədim zamanlarda insanları doğulduğu zaman qulağına sehirli sözlər pıçıldayan pərilərin olduğuna inanırdılar,
ola bilər ki,əvvəldən mən inanmıram deyəsiz…Bəlkədə bu yazını oxuyandan sonra deyəcəksiniz ki,bu eyni ilə mənəm ki…

QOÇ BÜRCÜNÜN PƏRİSİ
PARADISE

Qalereyasa yəni Cənnət adlı pərinin maneələri ortadan qaldıran
Salamanderlərin (bir dövr kərtənkələ, əjdaha)
ruhlarının şahzadəsi olduğuna inanırlar,
ona görə bir kərtənkələ şəkili ilə təmsil edilər
Atəş elementinin Simvoludur
Doğulduğunuzda bu pəri qulağınıza bunları pıçıldayar:
*Çox canlı və həyat dolu olacaqsınız
*Her şeyə meydan oxuyacaksınız
*Başqalarının cəsarət edə bilməyəcəkləri şeylərə cəsarət edəcəksiniz
*Dullara və yetimlərə kömək edəcəksiniz

BUĞA BÜRCÜNÜN PƏRİSİ
VİVİAN

Vivian, mifologiyada maddi zənginlik gətirən,
yeraltındakı xəzinələrin gözətçisi cücə gnomelərin şahzadəsidir,
Doğulduğunuzda qulağınıza bunları pıçıldayar:
*Dolu dolu bir həyat yaşayacaqsan
*Çox həssas biri olacaqsan
*Bülbül qədər gözəl səsli olacaq, mahnı oxuyacaqsan
*Comərdliyinlə ürəkləri qazanacaqsan
*Güclü olacaqsan

ƏKİZLƏR BÜRCÜNÜN PƏRİSİ
MELİOR

Melior, sevinc və xoşbəxtlik şahzadəsidir,
Doğulduğunuzda Melior qulağınıza bunları pıçıldayar:
*Əbədi gəncliyin sirrlərinə hər vaxt vəqf olacaqsınız
*Parlaq bir zəkanız olacaq
*Xəyal gücünüz sizi cadulu yerlərə çatdıracaq

XƏRÇƏNG BÜRCÜNÜN PƏRİSİ
MELUSINA

Mifologiyada, Melusina, gerçək eşqi gətirən On idinə,
yəni dənizqızlarının pərisidir
Doğulduğunuz zaman Melusina, qulağınıza bunları pıçıldayar:
*Qəlbləri ağrıyla dolu olanlara kömək edəcəksiniz
*Uşaqları çox sevəcəksiniz
*Sehirli və yaradıcı bir dünyanız olacaq
*Çox güclü hisslərə sahib olacaqsınız
şəfqətli olacaqsınız

ŞİR BÜRCÜNÜN PƏRİSİ
MORGAN

Morgan, mifologiyada böyük fikirləri reallaşdırmanızı təmin edən əjdaha ruhunun
şahzadəsidir
Doğulduğunuz zaman bu pəri qulağınıza bunları pıçıldayar:
*Güclü bir şəxsiyyətiniz olacaq
*əxlaqlı dəyərlərə çox bağlı olacaqsınız
*Həyatın eniş çıxışlarına söykənəcəksiniz
*Çox təvazökar olacaqsınız
*Dostlarınıza həmişə yol göstərəcəksiniz

QIZ BÜRCÜNÜN PƏRİSİ
KƏNDİRİYƏ

Mifologiyada, Kəndiriyə, taleh və pul gətirən
yeraltı xəzinələrin qoruyucu şahzadəsidir
Doğulduğunuzda Kəndiriyə pərisi qulağınıza bunları pıçıldayar:
*Hər zaman çox şanslı olacaq,
deyim yerindədirsə hamı həmişə dörd ayağınızın üstünə
düşəcək.
*Kəskin gözünüz heç bir detalı qaçırmayacaq
*heç vaxt pes etməyəcəksiniz
*Eviniz cadulu bir krallıq olacaq
*Vəzifələrinizə əsla laqeyd yanaşmayacaqsınız

TƏRƏZİ BÜRCÜNÜN PƏRİSİ
HOLDA

Holda pərisi fürsətlər tutmanızı təmin edən
Sylphlərin pərisidir
Doğulduğunuzda qulağınıza bunları pıçıldayar:
*Hər zaman ahəngli, uyğun bir həyatınız olacaq
*Gözəl və cazibədar olacaqsınız
*Ruhunuz həmişə təzə qalacaq
*Böhranlara qarşı qoyacaqsınız

ƏQRƏB BÜRCÜNÜN PƏRİSİ
ESTRELLA

Estrella, mifologiyada eşqdə gözlənilməz şans gətirən
dənizqızlarının yəni On idinlərin şahzadəsidir
Doğulduğunuz zaman, bu pəri qulağınıza bunları pıçıldayar:
*Hər zaman küllərindən yenidən doğan Phoenix yəni
Anka quşu kimi güclü olacaqsınız
*Həyattan böyük zövq alacaqsınız
*Həyatın sirrli yanlarını həll edəcəksiniz
*Sevdikləriniz sizə rəhbərlik edəcək
*Dağları yerindən oynadacaq qədər güclü olacaqsınız

OXATAN BÜRCÜNÜN PƏRİSİ
GLASTING

Glasting pərisi, mifologiyada müdriklik pərisi olaraq tanınan əjdaha ruhunun pərisidir
Glasting pərisi doğulduğunuzda qulağınıza bunları pıçıldayar:
*Çox optimist olacaqsan
Yuxularını reallaşdırmaq üçün dünyanın o biri ucuna
getməkdən çəkinməyəcəksən
ehtiraslı olacaqsan
*bağişlayan olacaqsan
*Çox böyük bir qanunun enerjisinə sahib olacaqsan

OĞLAQ BÜRCÜNÜN PƏRİSİ
TITANYA

Titanya, altındakı xəzinələri qoruyan elflərin Kraliçasıymış,
Doğularkən qulağınıza bunları pıçıldayar:
Yaddaşın bir fil qədər güclü olacaq,
yalan danışmayacaqsan, cəsur olacaqsan
tez və yaxşı öyrənəcəksən, həssas olacaqsan

DOLÇA BÜRCÜNÜN PƏRİSİ
ARIEL

Mifologiyada, Ariel, sevinc və yumor anlayışı təmin edən
Sylph şahzadəsinə verilən addır
Doğulduğunuzda Ariel pərisi qulağınıza bunları pıçıldayar:
hara getsən get orada iz buraxacaqsan,
çox yaradıcı olacaqsan
*Böyük bir sənətçi olacaqsan,
sənə ehtiyac duyan hər kəsə kömək edəcəksən,
*Çox ağıllı olacaqsan

BALIQ BÜRCÜNÜN PƏRİSİ
SELKIE

Selkie, mifologiyada On idinələrin yəni
dənizqızlarının şahzadəsidir,
Ümumiyyətlə yanında bir fok balığıyla təsvir edilər
Evlərimizə ahəng və sevinc gətirər
Doğulduğunuzda sizin qulağınıza bunları pıçıldayar:
*Altıncı bir duyğuyla mükafatlandırılacaqsan
*Hər şeyə uyğunlaşma təmin edə biləcəksən
*Sənətçi bir ruhun olacaq
*Çox xoşgörüşlü olacaqsan
*Halsız aləmə çox maraq hiss edəcəksən
 

Sevgi haqqında fikirlər


Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar.(H.Heyne)

Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur.(P.Bruast)

Zəruri olanda- birlik, şübhəli olanda – azadlıq, hər şeydə məhəbbət var.(A.Avqustin)

Hamımız məhəbbər üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir.(B.Dizraeli)

Sevgidə yeganə qələbə qaçışdır.(N.Bonapart)

Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq.(V.Publiy)

Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur.(V.Hüqo)

Bütün dünyada sevgi danışmaq həsrətindədir, lakin cürət etmir, çünki utanır.(B.Şou)

İlk məhəbbətin bütün sehri ondan ibarətdi ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq.(B.Dizraeli)

Hər bir sevgi əbədi olmaq istəyir.(E.M.Remark)

Məhəbbət olan yerdə insanı sındıra biləcək əzab-əziyyət yoxdur.(F.Dzerjinskiy.)

Bir kişinin bir qadına aşiq olması kifayət oldu ki, dünya indi olduğu kimi olsun.(Volter)

Sevgi ölümdən qoruya bilmirsədə, heç olmazsa , həyatla barışdırır.(H.Senkeviç)

Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür.(H.Heyne)

Əgər səni heç kim sevmirsə, dünyada yaşamaq ağılsızlıqdır.(M.Qorkiy)

Həyat o qədər məharətlə qurulmuşdur ki, nifrət etməyi bacarmadan, qəlbən sevmək olmaz.(M.Qorkiy)

Əsl məhəbbət xəyala bənzəyir, hamı onun haqqında danışır, lakin çox az adam onu görüb.(F.Laroşfuko)

Tale insana qarşı nə qədər qəddar olsada, insan nə qədər tərk edilmiş və tənha olsada, hər zaman, bəlkədə ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar.(H.Lonqfello)

Sevmək başqasına yaxşı hesab etdiyin nemətləri arzulamaqdır, həm də özün üçündeyil, sevdiyin üçün arzulamaq və mümkün qədər onu bu nemətlə təmin etməkdir.(Aristotel.)

Həyat — çiçəkdir, sevgi isə — onun şirəsi.(V.Hüqo)

Məhəbbət – ideal, nigah – real. Real və idealın qarışdırılması heç vaxt cəzasız ötüşmür.(İ.V.Höte)

Sevgi – ali sözdür, yaradılışın harmoniyası onu tələb edir, onsuz həyat yoxdur və ola da bilməz.(A.Hertsen)

Məhəbbət – nə keçmişi nə də gələcəyi tanımayan yeganə ehtirasdır.(O.Balzak)

Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır.(F.Dzerjinskiy)

Sevgi, onun gözlərinin içinə baxıb səni sevirəm demək deyil, güzgüdə öz gözlərinə baxıb onu sevirəm deyə bilməkdir!
(Tural İ.)

Sən iradəlisən, sən güclüsən, sən əvəz olunmazsan, sən seçilmişsən ƏGƏR SƏN SEVİLİRSƏNSƏ,
 Sən sadəcə xoşbəxtsən ƏGƏR SEVİRSƏNSƏ!
(ArzuM)

 

Mələk & Şeytan


Bir gün mələk ilə seytan qarşı qarşıya gelirlər. Ikiside bir-birinin gözlərinə baxıb gözlərindəki ifadəni oxumağa çalışırlar.Mələk seytanin üreyinde qəti bir fəsadlıq oldugunu,şeytan isə mləyin üreginin nə qədər təmiz oldugunu bilirmiş. Həmin an çox gözəl bir musiqi çalınır.Şeytan əllərini melələyə uzadır və «mənimlə rəqs edərsənmi?» deyir. Mələk bunu eşitdiyində təəccüblənir.o an birdən əlini seytana uzadır və rəqs etməyə baslayırlar.Çalan musiqi o qədər gözəlmiş ki, ikisi də birdən romantik saatlara məhkum olurlar və mələk bir an seytanin içindəki pislikləri unudur.Şeytan rəqs sirasinda mələyə «səni sevirəm bəs sən?» deyir. Mələk yenə təəccüblənir.Düşünür bir an. «Seytan niyə mənə belə bir şey desin ki? Məndə ona gerçək olmasa belə bir cavab verim» deyir içindən və mələkdə Seytana «məndə səni sevirəm» deyir. Elə o gündən sonra yer üzündə dürüstlüyün romantizmə boynunu bükdüyü ilk o an olur.
 

Nişan üzükləri haqqında


 
Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur.Sual ola bilər ki, niye boyunbağı , ya sırqa yox, məhz üzük.Ona görə ki, üzük qapalı dairə formasındadır ki, bu da əbədi sabitliyi ifadə edir.

Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə QədimYunanıstanda yaranıb. Hər iki mənbədə bir şey üst – üst düşür ki, nişan üzüyü adsız barmağa taxılır.Bu da urəyə aparan damarın məhz bu barmağdan keçməsi ilə əlaqələndirilir.

Qədim Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi olduğuna, çeçələ barmaqda olan üzük sahibinin hələ münasibət qurmağa hazır olmadığına, şəhadət barmağında olan üzük sahibinin özünə yar gəzdiyini, orta barmağdakı üzük isə sahibinin sevgi məsələlərində tam təcrübəsiz və təzə olduğunu göstərirdi.Bu “Üzük dili” 19 – cu əsrin sonlarına qədər davam etmişdir.

Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdirirdilər.Elə indi də şərq ölkələrində nişan üzüyünü sol əldə gəzdirilər.Avropanın əksər ölkələrdə isə nişan üzüyü əvvəlcə sol ələ, toyda və toydan sonra isə sağ ələ taxiılır.Hindistanda nişan əlaməti olaraq böyük barmağ da daxil olmaqla bütün barmaqlara bürcə uyğun simvoilk daşlarla bəzədilmiş qızıl üzüklər taxılır.Qəribə olsa da, Hindistanda brilliant daşın mənfi enerji daşıdığına inanırlar ve hesab edirlər ki, yalnız hədiyyə edildikdə brilliant bu xüsusiyyətini itirir.

Nişan üzüyünü brilliantla ilk dəfə orta əsrlərdə italyanlar bəzəməyə başlamışlar.Hazırda üzüyün içərisinə ad və digər sevgi sözlərinin yazılması ənənəsi Avstriya hersoqu Maksimilianın adı ilə bağlıdır, belə ki, məhz o, Mariya Burqundskaya ilə evlənəndə ona bağışladığı nişan üzüyünün imərisinə sevgilisinin şərəfinə “M” hərfi yazdırmışdı.

Əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək yaxşı deyil, yalnız irsi olaraq verilən üzük istisnadır.


Allah bütün Cəmi subaylarımıza qismət etsin..!!!
 

Yatmağınız sizin xasiyyətinizdən xəbər verir


1)Fetus yatmaq:
Ana qarınındaymış kimi qıvrılaraq yatmaq, xaricə dönük ancaq romantik, həssas bir ürəyə sahib olduğunuzu göstərir. Bu cür kəslər biriylə ilk görüşmələrində utancaq ola bilər ancaq qısa müddətdə rahatlayarlar. Araşdırmalarda 1000 adamdan 41%-i bu şəkildə yatdığı təyin olunmuşdur. Qadınların kişilərdən 2 qat daha çox bu formada yatdığı da aşkar edilən digər bir tapıntıdır.

2)Sağ yanı üstə yatmaq:
Çox adam bu şəkildə yatır. Bu şəkildə yatanlar rahat, kütləyə öyrəşən, sevdiyinə güvənən, ictimai insanlardır… Buna baxmayaraq, bəzən asan aldana bilərlər..Olduqca romantik və diqqət sevən olurlar..

3)Sol yanı üstə yatmaq:
Sol yanı üstə yatan insanlar təbii insanlardır. Psimist ,yaxşılığa şübhəylə baxan xüsusiyyətlər daşıya bilərlər. Düşüncələrinizdə köməkçi olarlar. Ümumiyyətlə maraq mərkəzi olmaqdan heç xoşları gəlməz..Tez-tez yalan danışmaqları adi bir haldır.


4)Əlini üzünə qoyub yatmaq(qulağı üstünə qoymaq)
Bu şəkildə yatanlar çox ciddi və bir o qədər də sakitliyi sevən insanlardır.Hamıdan fərqlənmək yaxud maraq mərkəzinə çevrilmək və ya buna bənzər şeylərin olub-olmaması onları o qədər də maraqlandırmaz.Sevdikləri insana az diqqət verər lakin özünə çox diqqət tələb edəndirlər.

5)Üzü üstə yatmaq:
Bu şəkildə yatanlar özünə güvənən insanlardır.Amma elə olduqları qədər də hər şeydən tez bezirlər.Bir işə həvəslə başlayır,amma onu sonuna qədər bu həvəslə bitirmirlər. Sevmək onlar üçün bu dünyada ən bezdirici iş hesab olunar..Çünki bu cür yatan insanlar hər şeydən tez bezdikləri üçün bir şeyi axıra kimi davam etdirə bilmirlər..

6)Ulduzu şəklində yatmaq:
Bu formada yatanlar daim sərbəst olan insanlardır.Hər zaman göz önünüdə olmağı,və başqalarından fərqlənməyi sevirlər.Olduqca zövqlü və sadə insanlardır.. Məsləhət verməyi sevər almağı isə sevməzlər..Sevgidə sadiq və vəfalı olarlar.
 

Aylara görə xarakterlər


Yanvar

Hirsli ve ciddi biridir
Oyrenmeyi ve ögrətməyi sevər
Ağıllı və planlı iş görürü
Duyarlı və dərin hissləri olan birirdr
Romantikdir
Uşaqları sevir
Tez qisqanandir.


Fevral

Dəyişkəndir
Özünə güvəni yoxdur
Dözgündür
İnadkardir
Xəyallarının ardından geder
İnanclara inanir


Mart

Utanqacdir
Diqqət mərkəzində olmaqi sevir
Tez hislənən
Guvenilir
İntiqamçıdır
Çox dəyişkəndir


Aprel

Aktiv ve enerji doludur
Təsəlli verməyi sevir
Cəsurdur
Sevgisini tez etiraf edendir
Hafizəsi gucludur
Bas ağrilari tez tez olandir


MaY

Anlayişlidir
Edebiyyat ve senetlə maraqlanir
Evdə oturmağı sevmir
Uşaqlari sevmir
Xəyalperestdir
Tez sakitleşendir


İyuN

Eyni anda bir neçə şey haqqinda düşünür
Şirindildir
Hessasdir
Şən insandir
Çox danişandir
Qərar verməyi bacarmir


İyuL

Yaxşı sirdaşdir
Kin saxlamir
Yalnizliqi sevir
Tez öyrənəndir
Dost acısı çəkməyi bacarmaz
Çətinlikləri sevir


Avqust

Zarafatcildir
Qorxusuzdur
Liderlik etmek isteyir
Romantikdir
Yol göstərməyi sevir
Diqqətli və tədbirlidir


Sentyabr

Güvənilir biridir
Elmə önəm verən biridir
İdmani sevər
Hisslərini özündə saxlayir
İnsanlarin eyiblerini üzlərinə vurmaqi sevir
Ünsiyyətdə seçicidir


Oktyabr

Hamiyla söhbəti bacarir
Dostlarina çox önəm vereir
Tez küsüb tez barişir
Duygusaldir
Etrafinin tesiri altina düşəndir
Özünə güvəni yoxdur


Noyabr

Çalşqandir
Yaxşi başçi olur
İradesi güclüdür
Sürprizləri sever
Hamini olduqu kimi qəbul edir
Sirr saxlamaqi bilir


Dekabr

Səbirsiz
Dostlarina bağlı biri
Hirslənəndə çox uzun çəkmir
Zarafatcildir
Sevildiyini hiss etmək istyir
Birlikdə vaxt keçirməyi sevir
 

Dodaqlar qadının xasiyyəti hətda ehtirası haqda ne deyirler?


 
1) Mütəxəssizlər bildirirlər ki, yekə dodaqlar daha çox diqqət cəlb edir..Belə hesab olunur ki, dolu dodaqlar seksuallığın və duyğu orqanların yüksəlmiş əlamətidi. Ən sadə nümünə kimi Merilin Manro buna sübütdu..Onun cəzb edici ağzı demək olar ki, bütün kişiləri valeh edib..Ağzının həcmi böyük olan xanımlara sevgi və dərin hisslər o qədər də vacib deyik onlarçün əsas həmişə diqqət mərkəzində olmaqdı..Onlar insanları istədikləri kimi fırradırlar…Heçnəyə baxmayaraq belə xanımlar gözəl ana olurlar..

2) Ensiz dodaqlara sahib olan gözəllər sevgidə bəxtləri az gətirir..Onlarda ehtiras çox güclü olur..Belə xanımlar çox nadir halda öz daxili həyacanlarını biruzə versələrdə onların sıxılmış dodaqları hər şeyi aşkara çıxarır..Bu cür xanımlar insanları özlərinə tabe etməyi bacarırlar..Özləridə bilmədən insanları manipulyasiya edir və onları bütövlüklə özlərindən tabe olmasını istəyirlər..

3) Əgər dodağın yuxarı hissəsi aşağdakından nazikdirsə, onda belə insanların fizioqnomikası (insanın əhvalını üzünün ifadəsi və bədənin hərəkətləri ilə tə'yin etmə üsulu) yüngül xanımlar kateqoriyasına aid olunurlar..Belə xanımlar həmişə yeni kişinin axtarışında olaraq onları yoldan çıxardırlar..Sevgi ilə dolu həyat onlarçün deyil çünki onlar həmişə yeni-yeni hisslərin və emosiyaların axtarışında olurlar..Ancaq çox qəribə olsada belə xanımlar 30 yaşı keçdikdən sonra rasional olurlar..Əgər bu xanımlar öz sevdiyi şəxsi tapırlarsa onda həyatlarının axırınadək onlara sadiq olurlar..

4) Əgər tərsinə olsa yanı yuxarı dodaq aşağdakından qalındırsa onda bu cür xanımlar böyük ürəkli və həddən ziyadə təbii olurlar..Onlar nadir halda başqa kişilərə baxasalarda bununla yanaşı naz etməyidə yaddan çıxarmırlar.. Bi qayda olaraq bu xanımlar qəşəng yemək yeməyi sevirlər..

5) Assimetrik dodaq — çoxları tərəfindən pis qarşılanmaqla yanaşı mehriban olmayan, yalançı insanların əlamətini bildirir..Onların münasibətdə necə olmağı barədə çətin nəsə fikir söyləmək olar çünki bu insanlar öz ürəklərini tam olaraq açmırlar..Bu qadınlar çox sakit halda aldada, intriqa sala bilə və soyuqqanlı şəkildə öz istədiyini əldə edə bilərlər..Məsələn məşhur aktrisa Qoldi Xoun gözəl olmayan ağzı olsa da həyatında çox şeyə nail olub..


6) Bir tərəfdən böyük olan dodaqlar — çox rədedici görsənməyi ilə yanaşı – mehriban və təbib görünür..Bu cür xanımlar ünsiyyət üçün həmişə hazırdılar və onlarla vaxtı keçirmək çox xoş olur..Onlar optimistdilər..Bu xanımlar hər zaman gülümsəyirlər bununla onlar kişiləri cəlb edirlər..Bu cür qadınla olan kişiyə çox asant olur..Çünki onlar hər zaman kişini başa düşür və onların çatışmayan cəhətlərini qəbul edirlər..

7) Gülümsəməyən dodaqlar — misalçün Qvinet Peltroy bir qayda olaraq bu insanlar özlərindən hamını uzaqlaşdırırlar: çünki hər zaman qəmli olan insanla yaxın olmaq elə də arzu edilməzdir..Bu xanımlar nə qədər xoşbəxt və həyatdan razi olsalar da dodaqların solğun, küsmüş vəziyyəti hər şeyin əksinə gedir..Kişilər bu qadınları qorumaq və mühafizə etmək istəyirlər məss buna görə onların həyat yoldaşları güclü kişilər olurlar..
 

Xallar. Ve onlarin menalari


Xalı olmayan adam yoxdur. Bəzi inanclara görə, hər bir insan bədənində xarakteri, maraqları və taleyilə bağlı vacib informasiyanı daşıyan ləkələr gəzdirir. Deyilənə görə, iri xalların insanın taleyinə təsiri də böyükdür. Xırda xallar isə heç bir əhəmiyyət kəsb etmir. İnsan bədənində elə bir yer yoxdur ki, orada xal əmələ gəlməsin. Hətta ağızın içində, dildə də xala rast gəlmək olar. Tibb elminə görə, ləkələr və xallar dərinin inkişafının anadangəlmə qüsuru və ya həyat boyu əldə edilən xoşxassəli şişdir. Xallar müxtəlif forma və ölçülərdə olur. Onlar həmçinin qəhvəyi, çəhrayı, göy və qara rənglərə görə də fərqlənirlər. Göyə çalan tüklə örtülmüş xallar qədim dövrlərdə şeytan əməli sayılırdı. Orta əsrlərdə belə xalları olan qadınlar tonqalda yandırılırdı.
Təbiblər indiyə qədər də xalların yaranma səbəblərini izah edə bilmirlər. Xallarla bağlı problemlər isə dünyanın bütün alimlərini düşündürür. Bəzi xallar sahiblərinə görünüşcə narahatlıq yaratmaqla bərabər, həm də sağlamlığa zərər vururlar. Xallar arasında ən zərərsizi yastı — dəridaxili xallardır (çəhrayı rəngdən tünd qəhvəyi rəngə qədər). Onlar əzilmir və heç bir problem yaratmırlar. Belə xalları yalnız günəş şüalarından qorumaq lazımdır.
Qabarıq, dəriüstü xallara isə daha diqqətlə yanaşmaq lazımdır. Geyimin belə xallara sürtülməsi nəticəsində müxtəlif fəsadlar yaranır. Əgər xalda dəyişiklik ortaya çıxarsa — formasını, rəngini dəyişərsə, qaşınarsa, qanaxma baş verərsə, mütləq mütəxəssisə müraciət etmək lazımdır. Mütəxəssislər qabarıq xallar problem yaratdığı təqdirdə onu kəsdirməyi məsləhət görürlər. Bəzən insanlar belə xallardan ev şəraitində ipək sap vasitəsilə xilas olmaq istəyirlər. Bu, qətiyyən yolverilməzdir. İnsanlar bir qayda olaraq, xal ləkələrini formasına və yerləşməsinə görə mənalandırırlar. Əksəriyyətin fikrincə, sifətdəki xallar xüsusi məna kəsb edir. Şərqdə belə xallar həmişə fizioqnomika (sifətin oxunması sənəti) ilə bağlı əhəmiyyət kəsb edib.
Yapon fizioqnomikasına görə, sifət şərti olaraq üç hissəyə bölünür — üst (alın), orta (qaşlar və burun) və alt (dodaqlar və çənə). Hissələrin hər biri insan həyatının müəyyən dövrü ilə (gənclik, yetkinlik və qocalıq) birbaşa əlaqədardır.
Təmiz və düzgün formalı alın bədənin və ruhun sağlamlığından xəbər verir. Sifətin orta hissəsinin normal inkişafı və mütənasibliyi psixi sağlamlığın göstəricisidir. Alt hissə isə insanın xarakterini müəyyənləşdirir.
Əsas hissələr sifətin tən ortasına nəzərən sağ və sol tərəfləri əhatə edir. Yapon fizioqnomikası xalı bədbəxtlik əlaməti hesab edir. Amma digər inanclarda isə əksinə, xalın müsbət məna kəsb etdiyi, insanın fərdiliyindən xəbər verdiyi göstərilir.
XVIII əsrdə xallar xüsusən də Avropada dəbə düşmüşdü. Gözəl xanımlar qələmlə özlərinə xal çəkirdilər. Bundan başqa, onlar məxmər parçadan ulduz, ay, qayıq forması kəsib bədənin müxtəlif yerlərinə yapışdırırdılar. Bunun da öz mənası var idi. Bəs görəsən, ilahinin bizə bəxş etdiyi xallar hansı mənanı daşıyır?

BAŞIN tüklü hissəsində xalı olan adamlar çox vaxt özlərini ətrafdakılardan təcrid edirlər. Bu adamlar öz problemlərini, sirlərini heç kimlə bölüşmürlər. Amma belə xallar heç də həmişə bədbinlik əlaməti sayılmır.

ALININ ortasındakı xal sahibinin məqsədyönlü və hakimlik iddiasında olmasından xəbər verir. Bu insanlar ağıllı və müdrik olurlar. Böyük enerji ehtiyatı sayəsində bir çox işlərin öhdəsindən asanlıqla gəlirlər.

YANAQLARDA və gözlərin altındakı xal qadınlarda incəlik və mehribanlıq nişanəsidir. Sol yanaqda, qulağın yaxınlığında xalı olan qadınlar fədakardırlar. Ümumiyyətlə, sol yanaqdakı xal mübarizliyin göstəricisidir. Sağ yanağında xalı olanı isə hər bir işdə uğur gözləyir.

QULAQDA xalı olanlar özlərindən çox razı adamlar hesab edilir. Onlar yerli-yersiz həddən ziyadə öyünərək, bacarıqlarını şişirdirlər. Belə adamlar çox vaxt sözlərinin üstündə durmurlar. Savadlı, yüksək intellekt sahibinin qulağındakı xal isə onun həm də qeyri-adiliyinə, orijinallığına işarədir. Onlar zahiri görünüşlərinə görə də kütlədən seçilirlər. Onların özünə inamsızlığı müvəqqəti xarakter daşıyır. Belələri çətinlikləri və kompleksləri asanlıqla dəf edirlər.

DODAĞIN qırmızı haşiyəsindəki xal insanın zəif iradəsindən xəbər verir. Belə xallara daha çox qadınlarda rast gəlinir. Bu xalın sahibləri öz əməllərinə görə cavab verə bilmirlər. Onlar həm də çox hissiyyatlı olurlar. Həmçinin başqalarını dinləməyi bacarmırlar.

BOYUNDA xal kişilərdə hövsələsizliyi göstərir. Belə xalı olan adamların əhvalı tez-tez dəyişir. Onlar zəif və iradəsiz olurlar. Kişilər yüksək intellektə və mənəvi zənginliyə malik olsalar da, mübarizəni sevmədiklərindən çox vaxt özlərini realizə edə bilmirlər. Bununla belə, onlar öz işlərinin peşəkarı olurlar.
Qadınlar isə dəyişkən xasiyyətli olurlar. Boynunda xalı olan qadın öz zövqünü, ehtiraslarını və əqidəsini tez-tez dəyişə bilər. Eyni zamanda belə qadınlar çox zərif və sadiq olurlar. Həmişə rahatlıq yaratmağa çalışsalar da, ətrafdakılar onları zövqsüz hesab edirlər. Çox vaxt başqalarının məsləhətlərinə qulaq asmırlar. Boynunda xalı olan insanlar arasında heç vaxt ailə qurmayan tənha insanlara da rast gəlinir.

ÇİYİNDƏ xalı olanlar çoxlu informasiya daşıyıcısıdırlar. Belə adamların çiyinlərində elə bil ağır yük var. Bədənin bu hissəsində xal problem deməkdir. Bu xal nəsildən-nəsilə keçdikdə uşaqlar öz valideynlərinin səhvlərini təkrarlayırlar. Belə adamlar güclü şəxsiyyət olsalar da, başqalarının asanlıqla etdiklərini təkrarlamağa onların cəsarəti çatmır. Buna görə də onlar həmişə yaxşı vəzifədə işləyən savadsızlara və şəxsi həyatda xoşbəxtlik qazananlara qibtə edirlər. Onlar heç vaxt bütün həyatı gözləri qarşısında keçən uşaqlıq dostlarının, tanışlarının avtoritetini qəbul etmirlər. Belə adamlar az danışan, hövsələli olur və tapşırılan bütün işləri dəqiqliklə yerinə yetirirlər.

SİNƏDƏKİ xal qadınlar üçün daha böyük məna kəsb edir. Bu, bütövlükdə insanlığa böyük məhəbbətin simvoludur. Belə qadınlar etibarlı həyat yoldaşı və ideal ana olurlar. Onların hissləri daimi, məqsədləri isə dəqiqdir. Kişilərdə də bu işarə təmiz məhəbbət və sadiqliyin göstəricisidir. Bu insanlar əzəli və əbədi sevgilərinə sadiq qalırlar.

BUDDA xal (ayağın dizdən yuxarı hissəsində) sağdadırsa, bu, tərki dünyalıqdan xəbər verir. Belələri analarından asılı olurlar. Uşaqlıqda yaşıdlarından fərqlənirlər. Harada olurlarsa olsunlar, «ağ qarğa» hesab edilirlər. Belə qadınlar çox çətinliklə ailə qururlar. Onlar xüsusi bacarığa malik olurlar. Bu adamlarda ya gözəl əl qabiliyyəti, ya da şairlik istedadı olur. Onlar öncəgörənlik də edə bilirlər.

ÜST DODAQDAKI xal qadınlarda məkr və qəddarlıqdan xəbər verir. Hakimiyyət iddialı və ruhən güclü olan belə xal sahibləri seçdikləri kişini, sözün əsl mənasında, "əzirlər». Onlar ərinə və uşaqlarına qarşı qətiyyən mehribanlıq göstərmirlər. Çox vaxt uğurlu karyera qurur və cəmiyyətdə nüfuz qazanırlar.

BURNUNDA xalı olan adamlar ünsiyyətcil olurlar. Burunun ucundakı xal yüngül xarakter və yumor hissinin göstəricisidir. Belə adamlar heç nəyi ciddi qəbul etmir, tez-tez iş yerini və təhsil ocaqlarını dəyişirlər. Onlar əqidələrini ötəri istəyə asanlıqla dəyişə bilərlər.

ÇƏNƏDƏKİ xal hakimiyyətdən xəbər verir. Belə adamlar nə istədiklərini dəqiq bilirlər. Güclü iradəyə malik bu insanlar istənilən işi axıra çatdırırlar. Bunun üçün onlar bütün vasitələrə əl atırlar. Cəmiyyətdə yüksək mövqe tutan belə insanlarda diktatorluq cizgiləri də özünü göstərir.

QARINDA xal qorxuya işarədir. Belə adamlar öz qorxuları barədə heç kimə deməyərək böyük cəsarət göstərə bilərlər. Bu xalın sahibləri çox zaman ehtiraslarının qurbanı olurlar. Onlar bütünlüklə öz istəklərindən asılıdırlar.

KÜRƏKDƏ çiyinlərə yaxın yerdə xalı olanlar özlərinə və ətrafdakılara qarşı tələbkar olurlar. Çox vaxt onlar idmançı olur və başqalarından da bunu tələb edirlər. Amma özünün fiziki inkişafına nə qədər diqqət yetirsələr də, çox vaxt sağlam olmurlar. Uşaqlıqda çox xəstələnir, qocalıqda da zəif olurlar. Ümumiyyətlə, belə xalı olanlar həmsöhbət, güvəniləsi tərəf-müqabili və işinin peşəkarı olurlar.

QOLDA xalı olan qadınlar nikahda xoşbəxt olurlar. Onlar özlərini kişiyə elə sevdirirlər ki, əks cinsin nümayəndəsi bu qadınları əlləri üstündə gəzdirməyə hazır olur. Dirsəklə çiyin arasındakı məsafədə xalı olanların əlləri son dərəcə incə və eyni zamanda güclü görünür. Onların enerji ehtiyatı sevdikləri adamın enerji ehtiyatı ilə, demək olar ki, uyğunluq təşkil edir. Kişilərdə də bu, eyni məna kəsb edir. Qolunda xalı olan kişilər bütün dəqiq işləri görə bilirlər. Onlar yorulmur və ağır günlərdə ruhdan düşmürlər. Belə adamlara həmişə güvənmək olar.

BARMAQDA xalı olanlar tez gözə gəlirlər. Şəxsi həyatda isə bəxtləri gətirmir, boşanmalarla üzləşirlər. Belə adamlar, əsasən, biçmə-tikmədə usta olurlar. Onlardan həm də yaxşı illüziyaçı çıxır (Devid Kopperfilddə də belə xal var). Başqa bir inanca görə barmağında xalı olan adam heç vaxt pulsuz qalmır. Digər fərziyyəyə görə isə onlardan mahir oğru olur.

DİZDƏKİ xal səbirsizliyə işarədir. Belə adamlar üçün nəyisə gözləmək ən dəhşətli şeydir. Onlar hətta dayanacaqda nəqliyyatı da gözləyə bilmirlər. Çox cəld yeriyir, kitabda səhifələri ötürə-ötürə oxuyur, çox tez-tez yeyir, teatrda və kinoda isə daim saata baxırlar.

GİCGAHDA, xüsusilə də sağ tərəfdə olan xal çox təsadüfü hallarda nəsildən nəsilə ötürülür. Bu xal xüsusi adamlarda olur. İncə intuisiyaya, öncədən görməyə işarədir. Deyilənə görə, belə xalı yad gözlərdən qorumaq lazımdır. Ümumiyyətlə, gözün yanında, gicgahda və yanaqdakı xal həm də əks təsirli ola bilər. Ola bilsin ki, bu xalla siz ətrafınızdakılara mistik şəkildə təsir edə biləsiniz.

Rəqəm şəklində olan xallara da tez-tez rast gəlinir. Amma bunlardan yalnız başda, boyunda, çiyində və kürəkdə olanlar əhəmiyyət kəsb edir. Belə xalları ən qədim elm olan numerologiya ilə əlaqələndirirlər.
Xallar formasına görə xaç, ulduz, coğrafi xəritə, quş, pişik, tonqal-alov, fil, dodaq, insan, günəş, ay və s. şəkildə olur. Onların hər birinin öz mənası var.
Tarix boyu xallar insanın xarakter və gələcəyini yozmağa xidmət edib. Xallara və ləkələrə indi də böyük məna verənlər bədəndəki əlamətləri taleyin siri kimi qiymətləndirirlər.
 

Dahilərin qadınlar haqqında dedikləri sözlər


Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür.
Honore De Balzac

Bir qadın, əgər bir kişi onun əlinə düşmədən əvvəl qucağına düşə bilsəydi daha cazibəli olardı.
Ambrose Bierce

Tanrı, qadınları artıq-əskik danışan yaraşıqlı kişilərdən qorusun.
Honore De Balzac

Bir qadına gözəl olduğunu söyləməyin; ona başqa bir qadının onun kimi olmadığını söyləyin və görəcəksiniz ki, bütün qapılar sizə açılacaq.
Jules Renard

Gözəl bir qadın, görənləri mədəni formada dəli eləyən bir rəsm kimidir.
Ralph Waldo Emerson

Ağıllı bir qadın xəzinədir. Gözəl və ağıllı bir qadın gücdür.
George Meredith

Bir qadının üzündəki ifadə, üzərindəki geyimdən daha vacibdir.
Dale Carnegie

Bir qadın üçün, kinayəli bir baxılmaq gözdən qaçırılmaqdan daha yaxşıdır.
Mae West

Əgər bir qadın yetərincə hirsli, qərarlı və bacarıqlıdırsa, edə bilməyəcəyi heç bir şey yoxdur.
Helen Lawrenson

Dünya qadınsız var ola bilməz. Gələcək bizim əlimizdə.
Joan Collins

Qadınlar bütün dünyada ikinci sinif yaradılışdır, amma dünyanı bir arada tutanlar da onlardır.
Pam Brown

Qadınlar insanlara daha yumşaq davranırlar. Biz insanlara uşaq əlləriylə toxunuruq.
Shirley Caesar

Qadınlar müvəffəqiyyətlərini əldə etdikləri zənginliklərlə deyil, ətrafda topladıqları sevgiylə ölçərlər.
Linda Mcearlane

Hər zaman buna inandım: Bir qadının müvəffəqiyyəti başqa bir qadının müvəffəqiyyətini hazırlar.
Gloria Vanderbilt

Qadınlar çiyin-ciyinə sıralanarsa aralarından heç kim keçə bilməz.
Linda Mcfarlane

Qadın tam bir dairədir. İçində yaratma, bəsləmə və döndərmə gücləri vardır.
Diane Mariechild
 

Riyazi Məktub



Salam mənim α və β şüaları altında parlayan sevgilim. Sən mənim bu məktubuma Leninin burjuaziyaya baxdığı kimi baxma, sən mənim bu məktubumu Koroğlu Qıratı qoruduğu kimi qoru. ABŞ-ın İraqa zülm etdiyi kimi sən də mənə zülm etmə, gəl mənə razılıq ver. Gəl çalışaq ki, hər şeyi sülh yolu ilə həll edək.Axı mən səni xalqın Referendiumu və MM-in qərarı ilə özümə yar etmişəm. Mən səni görməyəndə şam kimi əriyir, kalsium duzunun suda həll edildiyi kimi yox oluram, əgər parabola əyrisi altında hər hansı bir oğlan sənə əyri baxarsa, onda mən həmin oğlanı 7,343x10—2 hissəyə ayıraram. Əgər atan səni mənə verməsə, Nəbinin Həcəri götürüb dağlara qaçdığı kimi mən də səni götürüb dağlara qaçaram. Əgər atan səni kök altına salarsa and olsun müxtəsər vurma düsturlarına ki, mən səni kvadrata yüksəldib, kök altından xilas edərəm. Sənin sevgin məni ümumdünya cazibə qüvvəsi kimi cəxb edir. Sevgilim, əgər atan mənə verməsə başqasına versə, onda “O Olmas;n bu olsun” demə. Mən səni necə sevdiyimi Pifaqor teorimə görə isvat edəcəm. Əgər ünvanımı bilmək istəyirsənsə deyecəm :
Xəyallar şəhəri, intizar küçəsi, hicran döngəsi, məhəbbət litseyi, eşq fakültəsi, I kurs tələbəsi.
İmza : Tanınmış alim, görkəmli filosof, məşhur idmançı, biologiya elmlər namizədi, opera və balet ustası, təcrübəli zabit, hərtərəfli universal şəxsiyyət seçən C.Naxçıxanski adına hərbi litseyin kursantı :
Qırsaqqızov Yapışqan Əlçəkməz oğlu…
 

Ərə Getmək Üçün 6 Məsləhət


 
1) Evlənmə ilə bağli hər şeydən imtina edin

Sevgilinlə baxdiğın filmdə evlənmə səhnəsi olduqda tez əsnəyin və tez saata baxın.Sevgilinizlə kiminsə toyunda olduqda özünüzü uşaq kimi aparin : pis mahnidan , dadsız yeməklərdən şikayətlənin.Sevgililiz sizlə olduğda tanişlarinizdan biri evlənmək istədiyini dilə gətirsə , evlənənlərin halina aciyın.

2) Evli Cütlüklərə ürəkdən aciyın

Siz rəfiqənizə dəhşətli dərəcədə paxıllıq edirsiniz, o hələ ərə getməsə də , artıq barmağındə nişan üzüyü var.Bir gün siz sevgilinizlə , rəfiqəniz isə nişanlısı ilə nahara çixın.Rəfiqənizlə yari zarafat «Təəssüflər olsun ki, bizim sıralarımızı tərk edirsən» deyin.Axşam görüş haqqinda danişdiqda «Onlar xöşbəxt görünürdülər» cümləsini işlətməyin.Əksinə söyləyin ki, onlarin üzündə sıxıntı və darixma var idi.Sevgilinizin yaninda rəfiqənizlə telefonla danişdiqda yüksəkdın söyləyin : " Axı kim istəyər bütün ömrünü bir kişi ilə keçirsin».Belə davraniş kişini çaşdırır və i sizin ona , yoxsa onun sizə çox lazım olduğü haqda düşünməyə başlayir.

3) Rəfiqənizlə istirahətə yollanın

Kim deyir ki , əgər sevgiliniz varsa hər yerə onunla getməlisiz.Bu ki dəhşətdir.Siz müstəqilsiz problemsiz doslarinizla istədiyiniz yerə gedirsiniz.Çamadıniza çoxlu gözəl alt paltarlari yiğin.Sevgiliniz sizi ötüdükdə çamadaninizi açin , guya oradan xarici pasportunuzu çixarırsınız.Xarici ölkədə olduqda onunla telefon ilə danişdiqda ona darixdığınızi və tez bir zamanda görüşmək istədiyinizi dilə gətirməyin.

4) Qətiyyən onun evinə köçməyin

Birgə yaşamaq qəti qadağandır.Hələ də onunla rəsmi nikahsız yaşayırsınızsa , bu xəbəri oxuyan kimi oradan qaçin.Bütün əşyalarinizi götürün və orani tərk edin.

5) Onu valideynlərinizlə tanış etməyin.

Qohumlarla taniş etdikdə oğlan fikirləşir : O məni valideynləri ilə taniş edibsə , 100 %mənimlə evlənmək istəyir.Qohumlarinizla görüşməsinə əngəl olun.Əgər bir dəfə baş veribsə təkrarlanmasıni istəyin.

6) Sonuncu mismarı vurun

Bir səbəb taparaq sevgilizlə bir həftə evində qalın.Özünüzü bir mələk kimi aparın.Onun ünvanina yaxşi sözlər işlədin.Evə dostlarini cağirmaq istəsə onu dəstəkləyin və qonaqliqdan sonra ətrafi təmizləyin.Səkkizinci gün evinizə su gəlir və ya rəfiqəniz qohumu rayona qayidır, siz də evə gedirsiniz.Soyuducunu boşaldirsız,zibili yerinde saxlayirsız və kağiza " Çox sağol, əzizim.Hər şey əla idi,görüşənədək».Maksimum bir aydan sonra o sizə evlənmə təklifi edir.Oyun Bitdi.Siz Qalibsiniz.
 

Qadınla Kişinin Fərqi


Təcavüzkarlıq:


Kişilər qadınlardan daha təcavüzkar olub bedensel güc istifadəsinə daha meyllidirlər.
Buna qarşılıq qadınlar sözlərlə hücum edər və döyüşərlər.

İdman:


İdman mövzusunda kişilər qadınlardan daha sürətlidir ancaq qadınlar daha dözümlüdürlər.

Qan:


Kişilərdə 4,5, qadınlarda 3,6 litr qan var. Kişi qanı daha tüntdü, bir damlasında 1 milyon qan hüceyrəsi var. Cəmi olaraq kişilərdə 1 kub santimetr qanda 5 milyon qırmızı qan hüceyrəsi vardır, bu da qadınlara müqayisədə 20% çoxdur deməkdir. Kişilərin təzyiqi də qadınlardan yüksəkdir: 140/88. Qadınlarda isə 130/80-dır.

Bədən İstiliyi:


Kişilərin bədən istiliyi qadınlardan daha yüksəkdir.

Su:


Kişi bədəninin yüzdə 60%-70%-i sudan ibarətdir. Qadın bədənindəki su nisbəti 50%-60% arasındadır.

Skelet:


Kişilərin çiyinləri daha geniş, qolları və qıçları daha uzun, sümükləri daha ağır, oynaqları da daha böyükdür. Buna qarşılıq qadınların omba sümükləri daha geniş, oynaqları daha elastikdir.

Səs Telləri:


Qadınların səs telləri daha qısa olduğundan səsləri daha incədir.

Bədənin Ağırlıq Nöqtəsi:


Çiyin və omba skeletləri fərqli olduğundan, qadınların ağırlıq nöqtəsi kişilərinkindən daha aşağıdadır.

Duyğu Orqanları:


Qadınların eşitmə və iyləmə duyğuları daha güclüdür. Amma kişilər işığa qarşı daha həssasdır. Kişi gözü detalları daha yaxşı seçər.

Yağ:


Kişilərdə qadınlarınkının yarısı qədər yağ toxuması var. Qadınlarda yağ toxuması bədənin 27%-ini meydana gətirərkən, bu dəyər kişilərdə yüzdə 15dir. Qadın bədənində kişilərdən 3,5 kg daha çox yağ vardır. Yağ, kişilərdə qarın bölgəsində toplanarkən qadınlarda daha çox omba, baldır və göbəkdə sıxlaşar.

Xəstəliklər:


Kişilər həyatları boyunca qadınlardan təxminən 40 gün daha az xəstələnərlər.

Dirsək:


Qadınlar kişilərlə müqayisədə qollarını dirsəkdən 6 dərəcə daha çox aça bilərlər.

Saçlar:


Qadınların saçları daha sıx və daha müqavimətlidir. Saç kökləri iki milim daha dərində olduğu üçün kişininki qədər tez tökülməz.

Dəri:


Qadını dərisi daha incə və quru, buna görə də daha həssasdır. Kişidə tər bezləri və dəri altı yağ bezləri daha çox olduğundan dərisi yağlıdır və daha çox tərlər.

Ağciyərlər:


Kişilərin ağciyərləri qadınlarınkından 50% daha geniş həcmə malikdir.

Yemək:


Eyni kilodakı şəxslərdən, kişilər qadınlardan daha çox yemək ehtiyacı duyurlar; çünki maddələr mübadilələrisi daha sürətlidir.

Beyin:


Kişi beyni qadınlarınkından 14% ağırdır.

Ürək Atışı:


Kişilərin ürəyi daha böyükdür və daha yavaş çarpar: Dəqiqədə ortalama 72, bu dəyər qadınlarda 80-dir.

İnkişaf:


Yeni yetmə çağına qədər qızlar kişilərdən daha sürətli böyüyərlər
Oğlanlar 14—15 yaşları arasında inkişafa başlarlar və 20 yaşına qədər bu böyümə reallaşa bilər.
Qız uşaqları ən sürətli 12—13 yaşları arasında inkişaf edərkən 17—18 yaşında bu inkişaf dayanar.

Əzələlər:


Kişilər qadınlardan 50% nisbətində çox əzələ gücünə malikdir. Yeni yetmə çağında kişilərdə əzələ hüceyrələrinin sayı 20 misli, qadınlarda 10 misli artar. Kişilər qadınlardan üçdə bir nisbətində daha güclüdürlər.

Həyat Müddəti:


Kişilərin təxminən omrü 71—75 il, qadınların 78 ildir.

Tənəffüs:


Kişilər dəqiqədə təxminən 16 dəfə nəfəs alıb-verər. Qadınlar isə dəqiqədə 20—22 dəfə nəfəs alıb-verər.

1 |2 |3 |4 |5